Sözləri cümlələrdə işlədin
kimi
qeyri-müəyyən əvəzlik kimi
yönlük halda olan sözə qoşulmuş qoşma kimi
yiyəlik halda olan sözə qoşulmuş qoşma kimi
sarı
sifət kimi
qoşma kimi
feil kimi
doğru
sifət kimi
qoşma kimi
zərf kimi
Mətndən modal sözləri seçin və əsas nitq hissəsi ilə omonimlik təşkil edənləri müəyyənləşdirin.
Əlbəttə, sənin dediklərində həqiqət var. Mən buna heç şübhə də etmirəm. Ancaq unutma, qarşı tərəf, yəqin, öz arqumentlərini hazırlayıb. Bəlkə də, onlar sənin sərt cavabını gözləyirlər ki, dediklərini sübut etsinlər. Doğrudur, sənin səhvin yoxdur. Amma bəzən haqlı olsan da, susmaq lazım gəlir. Məncə, hələ söz deməyin vaxtı çatmayıb. Səbir elə...
Qruplarla iş. Verilmiş sözləri həm əsas, həm də köməkçi nitq hissəsi kimi cümlələrdə işlədin. Onların hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin.
I qrup: qoy, yaxşı, deməli, özgə, görünür
II qrup: bax, qeyri, əsl, deyəsən, doğrudan, düz
III qrup: başqa, bir, elə, əvvəl, nə, necə, qabaq, belə
Lüğətin köməyi ilə “yalnız” sözünün ifadə etdiyi mənaları araşdırın. Bu sözü cümlələrdə həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlədin.
Bayatıda işlənmiş “barı” sözünün yerinə görə qrammatik mənasını müəyyənləşdirin və sinonimlərini tapın.
Əzizinəm, din barı,
Danış barı, din barı.
İgidə tab gətirməz
Yağı tikən min barı.