Beləliklə, adi bir alma Nyutonu cazibə qüvvəsi haqqında dərindən düşünməyə vadar etdi. Amma bu düşüncələri qanun formasına salmaq, onların elmi təsdiqini vermək üçün fizikə 20 il vaxt lazım oldu. Nyutona qədər, yəqin ki, çoxlarının başına alma düşmüşdü, amma onlar heç nə kəşf etməmişdilər. Nyuton isə kəşf etdi, çünki o, dahi idi. Böyük alim ətrafı müşahidə edir və daim özünə “niyə?” sualını verirdi. Bu dəfə də o düşündü: “Niyə alma həmişə Yerə perpendikulyar xətlə düşür? Niyə o, Yerin mərkəzinə istiqamətlənir? Niyə yana əyilmir, yaxud uçmur?
Bu cür “niyə?” suallarını verə-verə dahi alim astronomiya, fizika, kimya və riyaziyyatda çoxlu kəşflər etmişdi.
Nyuton səksən dörd il yaşadı. O, İngiltərə krallarının, dövlət xadimlərinin dəfn olunduğu yerdə böyük şərafətlə torpağa tapşırıldı.
Nyutonun şərəfinə qoyulmuş abidələrdən birinin üzərində belə sözlər həkk edilmişdir: “Nyuton bəşəriyyətin yaraşığıdır”.
Rafiq Ələkbəroğlu
Sillogizm qurmaqla ümumdünya cazibə qanununun neçənci ildə kəşf edildiyini müəyyənləşdirin.
Mətndəki məlumatlardan istifadə etməklə altından xətt çəkilmiş ifadənin doğru, yoxsa yanlış olduğunu sübut edin.
İsaak Nyuton bağda dincələrkən onun başına alma düşməsi və bununla dahi fizikin ümumdünya cazibə qanununu kəşf etməsi geniş yayılmış əfsanələrdəndir. Bu əhvalatı fransız filosofu Volter 1731-ci ildə, Nyutonun ölümündən bir il sonra dərc olunmuş kitabına daxil edib.