-
Durğu işarələrini əlavə etməklə cümlələri köçürün.
- Paho xoş gördük, həmişə sən gələsən
- Vay mənim qızıma nə olub
- Oy nə qəşəng ceyrandır
- Sanki onlar xəyal imiş heyhat
- Ax Necə kef çəkməli əyyam idi,
Onda ki övladi-vətən xam idi (M.Ə.Sabir)
- Ay-hay mənə badalaq gələnə bax
-
Cümlənin əvvəlinə müxtəlif modal sözlər artırmaqla fikrə münasibətinizi
bildirin.
- (yəqinlik bildirən) ... qəzəblə başlanan bir iş xəcalətlə qurtara
bilər.
- (nəticə bildirən) ... qəzəblə başlanan bir iş xəcalətlə qurtara bilər.
- (fikrin mənbəyini bildirən) ... qəzəblə başlanan bir iş xəcalətlə qurtara
bilər.
- (şübhə bildirən) ... qəzəblə başlanan bir iş xəcalətlə qurtara bilər.
-
Verilmiş sifətlərə uyğun ədatlar artırmaqla sifətin çoxaltma dərəcəsini
düzəldib cümlədə işlədin.
ən, lap, daha
gözəl, zərif, qəribə
-
Nöqtələrin yerinə uyğun ədatlar artırın, ədatların yazılış qaydalarına
əməl edin.
sana2, mı4, ha, di, də, ki, bəs, ən
- Bir körpə qəlbini sevindirmək ... böyük savabdır.
- Ana ürəyi övladından heç küsər... ?
- Dediklərimi unutma ..., oğul!
- Sözün düzünü üzə deyərlər ... .
- ... get, gecən xeyrə qalsın.
- Çoban qardaş, bu dağların sirrini bizə də de... .
- Kim ... milyonlar axtarır, nadir halda onu tapır. (Balzak)
- ... bu gözəl meşələr, buz bulaqlar cənnət deyil... ?
- ... böyük qələbələr qurbanlar bahasına əldə edilir.