Hansı mətnlər sizdə fərəh və qürur, hansılar təəssüf və hiddət doğurdu?
Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettasından Məşədi İbadın monoloqunu oxuyun, 3-cü və 4-cü tapşırıqları yerinə yetirin.
Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım görüm, mal nə cür maldır, verdiyim pula dəyərmi? A kişi, mən bircə bilmədim ki, camaat mənim harama qoca deyir! Vallah, görünür ki, xalqın gözü pis görür. Budur, bu ayna, bu da mən. Allaha şükür, dişlərim hamısı cabəca, saqqalım da qapqara, şəvə kimi. Deyəsən, burda bir dənə ağ tük vardır. Gərək dartam çıxsın. Ay zəhrimar!.. Görünür ki, heyvan balası dəllək hənanı pis yaxıbdır. Puf!.. Rədd ol, şarlatan!.. Qoca odur ki, dişləri olmaya, gözü görməyə, qulaqları eşitməyə, özü də yerindən tərpənə bilməyə; mən ki, əlhəmdülillah, quş kimiyəm. Maşallah deyim ki, göz dəyməsin. Özüm də əlli yaşım ya ola, ya olmaya... Yaxşı, indi mən papağımı nə cür qoyum ki, qızın xoşuna gəlsin. Hərgah belə qoysam, onda qız qorxar, elə bilər ki, Bakı qoçusuyam. Əgər belə qoysam, onda da qız ürkər, elə bilər ki, Qarabağın pambıq bəylərindənəm. Bəs nə tövr qoyum? Hamısından yaxşısı budur ki, başıaçıq oturram, onda qızın xoşuna gələr, elə bilər ki, abrazavonnıyam. Doğrudan da, mən bir qədər abrazavonnıyam, çünki uruslar mən ilə çox alış-veriş eyləyiblər və mən onlardan urus dilini də yaxşı öyrənmişəm. Aha, deyəsən, qız gəlir!..
Altından xətt çəkilmiş köməkçi nitq hissələrini aşağıdakı cədvələ uyğun qruplaşdırın.
Qoşma | Bağlayıcı | Ədat | Modal söz | Nida |
Eyni rənglə verilmiş sözlər arasında morfoloji baxımdan fərqli olanını müəyyənləşdirin.
Dördündən biri nitq hissəsinə görə fərqlidir: