Aşağıdakı parça mətnin hansı hissəsinə uyğun gəlir?
“Yeddi gəmi” adasındakı gəmilər arasında 1887-ci ildə İsveçin gəmi tərsanəsində Lüdviq Nobelin layihəsinə əsasən hazırlanmış “Zoroastr” (“Zər - düşt”) adlanan və dünyada ilk neft tankeri olan gəmi də var idi. Sonralar onu dənizin dibindən çıxarmaq cəhdləri heç bir nəticə vermədi. Bakı inşaatçıları öz işlərini çox keyfiyyətli görmüşdülər – tanker dənizin dibinə həmişəlik pərçim olunmuşdu.
Dilimizdə elə sözlər var ki, danışarkən hisslərimizin (sevinc, qorxu, həyəcan və s.) ifadəsinə kömək edir. Belə sözlər nida adlanır.
Aha, tanıdım səni! Vay! Vay! Deyəsən, bəşər deyil bu! (M.Ə.Sabir)
Nida cümlə daxilində vergül işarəsi ilə ayrılır. Bu cür cümlələrin sonunda nida işarəsi qoyulur.
Ura, biz yenə birinciyik!
Bəzən nida bağlı olduğu cümlədən nida işarəsi ilə ayrılır.
Vay! Nə yaman çətinə düşdük!
Bəzi nidalar qoşulduğu sözlərlə birlikdə müraciət olunanı - xitabı bildirir. Bu nidalardan sonra vergül qoyulmur:
Ey Vətən, torpağın əzizdir mənə. (S.Rüstəm)
Oxuyun, nidaları müəyyən edin. Durğu işarələrinə diqqət yetirin.