Söz ehtiyatı
Mətndə “imza” sözü hansı mənada işlənib? Bu sözü yerinə görə
hansı sözlə əvəz etmək olar: “qol”, yoxsa “dəstxət”?
Düşün və cavab ver
Supermarketdə işləyənlər Həsən bəyin tövsiyəsini yerinə yetirmək üçün daha nə edə bilərlər?
Siz öz işinizə yaradıcı yanaşmaq üçün nə edirsiniz?
Yazı
Verilmiş aforizmləri mətnin məzmunu ilə əlaqələndirin. Ən çox
bəyəndiyiniz aforizmi başlıq kimi seçərək kiçik esse yazın.
Dil qaydaları
Mətndə altından xətt çəkilmiş “qonşu” və “qoca” sözlərinin hansı
suala cavab verdiyini və hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin.
Mətndə defislə yazılmış mürəkkəb sözləri seçin və onların hansı
nitq hissələrinə aid olduğunu müəyyənləşdirin.
* Uyğunluğu müəyyən edin. Alınmış mürəkkəb sözləri yazın.
Verilmiş sözlərdən yaranan mürəkkəb sözlərin bitişik, yoxsa defislə yazıldığını müəyyənləşdirin.