Modal sözlər cümlədə vergüllə ayrılır. Əvvəla, bunları sənə demişdim. Biz, deyəsən, məsələdən çox uzaqlaşdıq. Ramin bu işləri yarımçıq buraxacaq, təəssüf ki.
Sanki, elə bil (ki), guya (ki) modal sözləri istisnadır: Guya onu tanımırsan.
Cümlələrdə modal sözləri müəyyən edin və buraxılmış vergül işarəsini qoymaqla köçürün.
Verilmiş nümunələrin hansında “sözsüz” modal söz kimi işlənib? Fikrinizi əsaslandırın.