* * *
Azərbaycan incəsənətinin möhtəşəm əsəri əsarət dövrünün acı zərbələrinə sinə gərib yaşadı, gözəllik və əzəmətini qoruya bildi. Vaxtilə rus müstəmləkəçilərinin qəddar münasibəti ilə üzləşən, məscidi rus kilsəsinə, hərəmxanası türməyə çevrilmiş sarayda mütəxəssislər dəfələrlə bərpa işləri apardılar və abidə ilkin halına qaytarıldı.
Bu gün Şəki Xan sarayı öz gözəlliyi, qədimliyi, qeyri-adi memarlıq üslubu ilə turistlərin ən çox üz tutduğu məkanlardandır. Sarayın qarşısında əkilmiş yüzillik xan çinarlar isə sanki tarixin səhifələrindən söz açır, gələnləri XVIII əsrə dəvət edir.
Sahibə Tərtərli