Ədatlar, adətən, sözlərdən ayrı yazılır, -ca2, -mı4, -sana2 ədatları istisnadır: Gəlsənə dərsdən sonra parka gedək.
-mı4 ədatı da, də bağlayıcısından sonra işlənəndə ayrı yazılır: Siz də mi ora gedirsiniz?
Təsdiq və inkar bildirən bəli, xeyr, hə, yox ədatları cümlədə vergül işarəsi ilə ayrılır: Xeyr, icazə vermirəm.
Nöqtələrin yerinə müvafiq ədatları yazmaqla cümlələri köçürün.
xeyr, bəli, -ca2, -mı4, -sana2
Verilmiş bayatıdakı ədatlarla bağlı suallara cavab verin.
Eləmi şüşə barı,
Çəkilib şüşə barı,
Sən dərdli, mən yaralı,
Gəl gəzək qoşa barı.