-
Verilmiş ədatları müvafiq cümlələrə əlavə edin.
kaş, gəl, axı, ən, çox, bəs
- Təəssüf ki, Müşfiqə ... qısa ömür nəsib oldu.
- ... əvvəlcə bu mərhələni keçək.
- Bu mənim həyatımda ... əlamətdar hadisə idi.
- ... deməmişdim ki, bu qutuya əl vurma.
- ... mən nə bilə idim ki, işıqlar sönəcək.
- ... sən deyənə qulaq asa idim.
-
Cümlələrdə işlənmiş ədatları seçin və həmin ədatlardan da istifadə etməklə yeni cümlələr qurun.
-
İnsan öz tay-tuşları arasında üstünlüyü yalnız elm və sənətə görə
əldə edir. (“Qabusnamə”)
- Amma lap nahaq yerə hənadan söhbət saldım, heç yeri deyildi.
(Ü.Hacıbəyli)
- Mən artıq belə fikirlərlə razılaşa bilmirəm.
- Sən bu barədə heç kəsə demədin ki?
- Qoy mən yenə söhbət açım öz diyarımdan. (M.Günər)
- Bəs sən işdən nə vaxt qayıdacaqsan?
-
Nümunəyə uyğun cədvəl çəkin. Cümlələrdən se,diyiniz ədatların qrammatik mənasını aydınlaşdırın və cədvəlin müvafiq xanasına yazın.
- Kaş hər şey sən deyən kimi ola idi.
- Qərarını verməzdən əvvəl qoy mən də sözümü deyim.
- Bəli, mən sənə etibar edirəm.
- Bəs bu gün imtahana hazırlaşmayacağıq?
- Xeyr, mən bu fikirlə razılaşa bilmərəm.
-
Məhz bu səbəbdən iki dövlət arasında münaqişə dərinləşdi.
Arzu |
Əmr |
Dəqiqləşdirmə |
Sual |
Təsdiq |
İnkar |
|
|
|
|
|
|
-
Bayatı və atalar sözündə ədatları tapın, onlarla bağlı olan feillərin şəklini müəyyən edin.
Bağçaları sarı gül,
Yarı qönçə, yarı gül,
Gec açıldın, tez soldun,
Olmayaydın barı, gül.
Keçmə namərd körpüsündən,
Qoy aparsın su səni,
Yatma tülkü kölgəsində,
Qoy yesin aslan səni...