Bu səmanın altında, haradasa onun öz torpağı, öz otu, öz suyu, yurdu vardı. Bəli, vardı, elə bunu hiss etmək də gözəl idi. Bayaqdan onu izləyən helikopter yaxınlıqda yerə endi. Oradan düşən adamlar yaxınlaşanda At artıq can verirdi...
Lorens Atın ölümünü seyr edə-edə cib telefonunu çıxardı, oğluna zəng etdi. Oğlu Ermənistan ordusunun tərkibində Qarabağda vuruşurdu. Qarabağ atını da atası üçün o alıb göndərmişdi. Lorens oğlunun səsini eşidən kimi dedi:
– Təcili bilet al, İsveçrəyə gəl, oğlum. Vuruşmağın mənası yoxdur, Qarabağ heç vaxt bizim olmayacaq. Özgə torpaqdan vətən olmaz.
Aygün Həsənoğlu
Ədat cümlədə fikrin təsirli ifadə olunmasına kömək edir: sual, əmr, arzu və s. mənaları gücləndirir.
Sual: Məgər sən bununla razı deyilsən?
Arzu: Təki sən xoşbəxt olasan.
Azərbaycan dilində ən çox işlənən ədatlar: axı, ən, daha, olduqca, da, də, ki, artıq, nə, necə, bəs, -mı 4, bir, ancaq, yalnız və s.
Ədatları cümlədən çıxaranda məna dəyişikliyi baş vermir, lakin cümlənin emosionallığı azalır:
Oxumamısan ki? – Oxumamısan?
Axı sən hər şeyi bilirsən. – Sən hər şeyi bilirsən.