- Bölmədəki hansı mətnlər informasiya, hansılar tərbiyəvi xarakter
daşıyır? Hansı mətndə bunların hər ikisi var?
- Mətnlərdən gələcək həyat yolunuzda uğur qazanmaq üçün lazım ola biləcək əsas fikirləri seçin.
Seçiminizi izah edin.
-
Köçürün, bağlayıcıların altından bir xətt, qoşmaların altından iki
xətt çəkin.
- İnsanlar arzu və xəyallarına görə bir-birinə bənzəyir, amma
xasiyyətlər və vərdişlər müxtəlif olduğu üçün bəzən bu oxşarlıq
pozulur və bundan böyük fəlakətlər törəyir.
- Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi
və şükür edirdi ki, Gülpəri onu özü ilə aparmadı. (S.S.Axundov)
- İndi kənddə uçmuş evlərdən savayı gözə heç nə dəymirdi. Sahibsiz
itlər də baxışları ilə bizi məzəmmət edirdi. Biz isə müttəhimlər
kimi boynumuzu bükmüşdük.
-
Verilmiş cümlələrdə buraxılmış vergülləri bərpa edib köçürün.
- Özündən böyüklərə hörmətlə yanaş çünki sən də nə vaxtsa yaşlanacaqsan.
- Həmişə öz iradənin ağası öz vicdanının köləsi ol.
- Ömrü uzadan da insanı yaşadan da ümiddir. Daim ümidlə yaşamaq olmaz ancaq ümidsiz də yaşamaq
olmaz. Hətta ən ümidsiz
insanda da bir ümid qığılcımı közərməkdədir.
- Yağış həm kasıbın həm də varlının başına yağır amma təkcə
kasıb islanır çünki varlının əlində çətir var.
-
Qoşmaları tapın. Aid olduğu sözlə birgə seçib yazın və mənasını izah edin.
- Tağı əminin göstərişi ilə mən və Məmmədağa qaratoyuq, alacəhrə, sərçə kimi quşları tutmağı
öyrənmişdik. (S.S.Axundov)
- Abbas gətirildi dar ayağına,
Xınatək yaxıldım yar ayağına.
Yoxsulu çəkərlər var ayağına,
İndi mənim kimi mərdə gül, Pəri. (A.Tufarqanlı)
- Seyidli və onu əhatə edən kəndlərin bağ-bağatı o qədər boldur ki,
göz ətrafda ot və ağacdan savayı bir şey görmürdü. (S.S.Axundov)