Sillogizmi tamamlayın.
I mühakimə: Qay Yuli Sezar “Qall müharibəsi haqqında” əsərini latın dilində yazmışdı.
II mühakimə: Albert Eynşteyn Sezarın “Qall müharibəsi haqqında” əsərini orijinaldan oxuya bilirdi.
Nəticə: ...
Aşağıdakı lətifələri mətnin hansı hissələrinə əlavə edərdiniz?
Eynşteyndən xahiş edirlər ki, iki kəlmə ilə nisbilik nəzəriyyəsini başa salsın. O deyir:
– Bu, çox sadədir. Baxın: başınızda cəmi iki tük varsa, bu, çox azdır, elə deyilmi?
– Tamamilə doğrudur.
– Lakin boşqabdakı şorbada iki tük görsəniz, “Aman Allah! Burada nə çox tük var” deyəcəksiniz. Düzdür?
– Elədir, deyəcəyəm.
– Vəssalam. Nisbilik nəzəriyyəsi də elə budur.
Eynşteynin Çarli Çaplinin çəkildiyi filmlərdən çox xoşu gəlirdi. Bir dəfə o, Çaplinə teleqram göndərir: “Siz dahi aktyorsunuz, çünki sizin yaratdığınız obrazları bütün dünya xalqları başa düşür. Eynşteyn”.
Çarli Çaplin cavabında yazır: “Mən də sizə pərəstiş edirəm. Sizin nisbilik nəzəriyyənizi heç kim başa düşmür. Bununla belə, siz də dahi adamsınız. Çaplin”.
Durğu işarələrini yerli-yerində işlətməklə nöqtələrin yerinə uyğun gələn bağlayıcılar artırıb yazın.
ona görə də, amma, da, ki