ƏTRAF MÜHİT VƏ BİZ
Təkrar emal yeni materialların hazırlanması üçün köhnə materialların hissələrə ayrılması və emal olunmasıdır. Məsələn, metal, plastik, şüşə qablar və kağızlar “təkrar emal qutuları” vasitəsilə toplanaraq təkrar emal üçün zavodlara göndərilə bilər. Təkrar emal prosesi istifadə oluna bilən faydalı materialların ziyanlı material olmasının qarşısını alır. Bu, həmçinin yeni xammalların istifadəsinə qənaət edir.
Təkrar emal
xalça
çanta
vedrə
paltar
Bilirsinizmi?
Plastik materialın təkrar emalı onun yandırılmasından iki dəfə çox enerjiyə qənaət edir.