BÖLMƏ 10
İstifadə olunmuş bəzi əşyaları atmaq əvəzinə onlardan təkrar istifadə edə bilərik. Bu isə məişət zibillərinin azalmasına və ətraf mühitin qorunmasına səbəb olur.
Təkrar istifadə
Fəaliyyət 4
İstifadə olunmuş plastik qabdan dibçək hazırlanması
Məqsəd.
Tullantı materiallarından təkrar istifadə etmək
Ləvazimatlar.
Plastik qab, yapışdırıcı, qayçı,
ip, torpaq, çiçək, su
Təlimatlar.
Addım 1.
Plastik qabın başlığa yaxın
yuxarı hissəsini kəsin və
kəsilmiş oturacaq plastik qaba
su tökün.
Addım 2.
Kəsilmiş plastik qabın içindən
ip keçirin və tərs çevirib plastik
qabın oturacaq olan hissəsinə
yapışdırın.
Addım 3.
Quruması üçün bir müddət
gözlədikdən sonra artıq çiçəyi
plastik qaba yerləşdirib üzərinə
torpaq yığa bilərsiniz.
Nəticə çıxarın.
1. Tullantı materiallardan başqa hansı məhsullar
hazırlamaq olar?
2. Sizcə, “Təkrar istifadə” tətbiq edərək ətraf mühiti
qorumaq mümkündürmü?