BÖLMƏ 10
40
BİZ ƏTRAF MÜHİTİ NECƏ QORUYA BİLƏRİK?
Ölkəmizdə sənaye üsulu ilə neft hasilatı XIX əsrdə başlamışdır. Quruda və dənizdə neft hasilatı zamanı torpaqların və suyun neftlə çirklənməsi baş verir. Həmçinin su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosferə zərərli qazların buraxılması da ətraf mühitin çirklənməsinə təsir gostərir.
Təbii ehtiyatların qorunması
Son illərdə ölkəmizdə təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin təmizlənməsi, su ehtiyatlarının və qoruqların mühafizəsi, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə həyata keçirilmiş layihələr ətraf mühitin bərpasında mühüm rol oynamışdır. Məsələn,