BÖLMƏ 10
Düşün, müzakirə et, paylaş
Təbiətdə suyun dövranı
Su çirklənməsi təbiətdə suyun dövranına necə təsir edir? Müzakirə edin.
Torpaqların çirklənməsi
Qədim dövrlərdən bəri torpaq insanların ehtiyac duyduğu ən əsas təbii ehtiyatlardan biridir. Belə ki, torpaq əkinçilik üçün ən vacib amildir. İnsanların torpaqlardan düzgün istifadə etməməsi onun çirklənməsinə səbəb olmuşdur. Zərərli tullantıların yer səthində və yer altında toplanması nəticəsində torpaqların çirklənməsi baş verir.
Fəaliyyət 3
Çirklənmiş torpağın təmizlənməsi
Məqsəd.
Tullantı materiallarının torpağı çirkləndirdiyini müşahidə etmək
Ləvazimatlar.
Plastik qab, maye yağ, torpaq, qaşıq, kağız, duz
Təlimatlar.
Addım 1.
Torpağı bir plastik qaba tökərək doldurun.
Addım 2.
Kiçik parçalara ayrılmış kağızı, iki qaşıq duzu və az miqdarda yağı qabdakı torpağa əlavə edərək qarışdırın.
Addım 3.
Sonra qatdığınız maddələri qaşıqla torpaqdan bir-bir təmizləməyə çalışın.
Nəticə çıxarın.
Qarışdırdıqdan sonra torpağın görünüşü haqqında nə deyə bilərsiniz?
Torpağın təmizlənməsi asandırmı? Tam təmizləmək mümkündürmü?
Torpağı təmizləməyə nə qədər vaxt sərf etdiniz? İzah edin.