ƏTRAF MÜHİT VƏ BİZ
Suyun çirklənməsi
Yer kürəsinin ən vacib təbii ehtiyatlarından biri də sudur. Sudan əkinçilikdə, məişətdə və sənayedə geniş istifadə edilir. Dünyada zavod və fabriklərin sayının artması suyun çirklənməsini sürətləndirmişdir. Belə ki, fabrik və zavodlardan atılan tullantı sularının tərkibində ətraf mühitə və sağlamlığa mənfi təsir edən zərərli kimyəvi maddələr olur.
Fəaliyyət 2
Neftlə çirklənmiş suyu təmizləyə bilərikmi?
Məqsəd.
Çirklənmiş suyun təmizlənməsinin çətinliyini müşahidə etmək
Ləvazimatlar.
Plastik saxlama qabı, bitki yağı, qəhvə tozu, kiçik əşyalar (gəmi, çınqıl, penoplast parçası, süngər), qaşıq
Təlimatlar.
Addım 1.
Bitki yağını və qəhvə tozunu plastik qaba töküb qarışdırın.
Addım 2.
Kiçik əşyaları (gəmi, çınqıl, penoplast parçası) qabdakı qarışığa batırın.
Addım 3.
Süngərlə oyuncaqları qarışıqdan təmizləməyə çalışın.
Nəticə çıxarın.
Nəyi müşahidə etdiniz?
Əşyaları qarışıqdan təmizləmək asandırmı?
Sizcə, neftlə çirklənmiş suyu asanlıqla təmizləmək olarmı?
İçməli su insanlar üçün əsas ehtiyaclardan biridir, lakin təbiətdə içməli su ehtiyatlarının çoxu əlçatan deyil. İçməli su ehtiyatlarının azlığı ondan daha səmərəli istifadə etməyimizi zəruri edir.
Su çirklənməsinin səbəbləri