ƏTRAF MÜHİT VƏ BİZ
Əsrlər boyu insanların həyat fəaliyyəti dəyişmişdir. 17-ci əsrə qədər əkinçilik insan fəaliyyəti kimi ön planda tutulurdu. Lakin 18-ci əsrdə “sənaye inqilabı”ndan sonra böyük miqyasda məhsul istehsalına əsaslanan insan fəaliyyəti yarandı. Sənayeləşmə istehsalı artırdığı üçün təbii ehtiyatların geniş istifadəsinə başlanıldı.
Bilirsinizmi?
Artıq bir əsrdən çoxdur ki, istifadə etdiyimiz nəqliyyat vasitələrinin, fabrik və zavodların işləməsi və evlərimizin işıqlandırılması üçün lazım olan enerji, əsasən, fosil yanacağından əldə edilir. Enerji ehtiyacları artdıqca fosil yanacaqlarından istifadənin də artması ətraf mühitə ciddi təsir göstərir. Bu təsirlərdən ən təhlükəlisi ətraf mühitin dünya miqyasında çirklənməsidir.
Düşün, müzakirə et, paylaş
1. Dünyada insanların sayı artmağa davam etdikcə təbii ehtiyatlara olan tələb necə tənzimlənəcək?
2. Ehtiyacların əldə edilməsi üçün daha çox fabrik və zavodların inşa edilməsinə ehtiyac varmı?
3. Fabrik və zavodlarda daha çox fosil yanacağına ehtiyac olacaqmı?
Biliklərin yoxlanılması