ƏTRAF MÜHİT VƏ BİZ
Biz fosil yanacaqlarına həm suyun dərinliklərində, həm də quruda rast gəlirik. Fosil yanacağının yaranması yerin dərinliyində uzun müddət baş verən prosesdir və Yer kürəsində qeyri-bərabər paylanmışdır.
*Milyonlarla il ərzində məhv olan bitki və heyvan qalıqları okean dibində yığıldı və zaman keçdikcə bu ölü orqanizmlərin üzərində qum və gil təbəqəsi yarandı.
Uzun bir müddətdən sonra qum və gil təbəqəsi artdıqca çürümüş bitki və heyvan qalıqları yerin daha da dərin qatlarına yığıldı. Yüksək temperatur və yüksək təzyiq onların neft yanacağına çevrilməsinə səbəb oldu.
Hal-hazırda quyular qazmaqla həmin fosil yanacaqları çıxarırıq.
Düşün, müzakirə et, paylaş
Biliklərin yoxlanılması