BÖLMƏ 10
Təbii ehtiyatların təsnifatlandırılması
Təbii ehtiyatları istifadəsinə görə iki qrupda təsnifatlandırıla bilər: tükənən və tükənməyən.
Təbii
ehtiyatlar
Tükənməyən
ehtiyatlar
Günəş enerjisi,
Külək enerjisi,
Su enerjisi
Tükənən
ehtiyatlar
Bərpa
olunmayanlar
Neft
Kömür
Təbii qaz
Bərpa
olunanlar
Bitkilər,
Heyvanlar
Təbii ehtiyatlar necə yaranır?
Neft, daş kömür və təbii qaz fosil yanacaqları adlanır. İnsanlar məhsul istehsal etmək üçün fosil yanacağından geniş istifadə edirlər. Xam neftdən plastik materialların və yanacağın hazırlanmasında istifadə olunur. İstifadə etdiyimiz enerjinin təxminən 9/10 hissəsi fosil yanacaqlarının yandırılması nəticəsində istehsal olunur.