BÖLMƏ 9
Düşün, müzakirə et, paylaş
Təbii fəlakətlər baş verdikdə təhlükəsizliyimizi necə təmin etməliyik?
Təbii fəlakətlər insanların həyatı üçün təhlükəlidir. Bu fəlakətlərdən özümüzü qismən qorumaq üçün həm öncədən hazırlıqlı olmalı, həm də fəlakət zamanı müəyyən təlimatlara əməl etməliyik:
1. Yardım çantasını yığıb hazırlamalı;
2. Təlimatlara əsasən, təhlükəsiz yerlərdə gözləməli. Məsələn, sığınacaq və.s.;
3. Evdə elektrik təchizatını dayandırmalı və elektrik avadanlıqlarını şəbəkədən ayırmalı;
4. Hər bir fəlakətin mühafizə təlimatına uyğun hərəkət etməliyik.
Biliklərin yoxlanılması