TƏBİİ FƏLAKƏTLƏR
36
QURAQLIQ NECƏ BAŞ VERİR?
Siz “quraqlıq” sözünü eşitdikdə nə başa düşürsünüz? Bu sözün “quru”, “isti”, “tozlu” və “susuzluq” anlayışları ilə əlaqəsini qura bilirsinizmi? Əgər belədirsə, sizin yanaşmanız doğrudur!
“Quraqlıq” dedikdə müəyyən ərazidə bir neçə ay və ya daha uzun zaman yağıntıların (yağış və ya qar) normadan çox aşağı olması başa düşülür. Belə ərazilərdə torpaqda çatlar əmələ gələ, çayların, göllərin, arxların və digər mənbələrin suları azala və ya quruya bilər.
Quraqlığın mənfi təsirləri nələrdir?
Quraqlıq müxtəlif yollarla yaşayışa təsir edir, çünki su canlıların fəaliyyəti baxımından çox vacib ehtiyatdır. Yediyimiz qidaları yetişdirmək, təmizlik, içmək, hətta enerji istehsal etmək üçün suya ehtiyacımız var. Quraqlıq səbəbi ilə sadaladıqlarımız, ümumiyyətlə, canlılara mənfi təsir edir. Məsələn:
Bilirsinizmi?
2019-cu ildə baş verən yanğınlar Avstraliyanın Kvinslend ərazisindən Şərqi Viktoriya ərazisinə qədər 1160 km məsafədə 180 000 km2 ərazini əhatə etmişdir. Bu ərazinin təx2minən 60 000 km2-i meşəlik sahəyə aid idi. Meşə yanğınları Avstraliyanın bitki örtüyünə və heyvanlar aləminə ciddi zərər vurmuşdur.
2019-cu ildə Avstraliyadakı yanğın əraziləri