BÖLMƏ 9
Daşqınların təsiri nəticəsində yaranan bataqlıqlara ölkəmizdə də rast gəlinir. Məsələn Kür-Araz ovalığında axan çayların sahillərində bu tip bataqlıqlar mövcuddur.
Bilirsinizmi?
Qədim Misirdə insanlar ilk dəfə Nil çayı ətrafında sellərdən sonra münbit torpaq sahələrinin becərilməsinə başlamışlar. Əkinçilik təcrübələri, əsasən, buğda və arpa kimi taxıl məhsullarını yetişdirməyə imkan verirdi. Daşqın ərazilərində əkin sahələrinə paralel bağlar da inkişaf etdirilmişdi.
Düşün, müzakirə et, paylaş
Biliklərin yoxlanılması