Sel və daşqın fəlakətinin müsbət təsirləri
Düzgün planlaşdırma nəticəsində insanlar daşmış çayların ətrafındakı əraziləri əkib-becərmə sahəsi
kimi səmərəli istifadə etməyə nail ola bilərlər. Su geri çəkildikdə həmin ərazilər çox suvarılmış olur ki, bu
da müəyyən məhsulların inkişafı üçün əlverişli imkan yaradır.
Daşqın baş verən çayın ətrafındakı münbit
ərazidə çəltik və s. məhsullar becərilir.
Daşqınlar zamanı çay yaxınlığında
yerləşən gol çüxurlarına yığılan sular
balıqçılıq üçün əlverişlidir.
Daşqınlar əraziləri həm bitki, həm də
heyvan həyatını qida baxımından təmin
edən çoküntülərlə zənginləşdirir.
Sel fəlakəti zamanı suyun gətirdiyi
daş-çınqıl çöküntüləri tikinti materialı
kimi də istifadə edilir.