BÖLMƏ 9
Sel fəlakətinin mənfi və müsbət təsirləri
Fəaliyyət 4
Sel hadisəsi ətraf mühitə necə təsir göstərir?
Məqsəd.
Yağıntıların sellərin baş verməsindəki rolunu və sellərin ətraf mühitə təsirlərini müşahidə etmək Şəffaf qab, torpaq, gil, qum, rəngli kağızlar,
Ləvazimatlar.
qayçı, müxtəlif oyuncaqlar
Təlimatlar.
Addım 1.
Şəffaf qabın içində torpaq, gil və ya qumdan istifadə etməklə torpaq sahəsi yaradın. Kağızlardan evciklər düzəldərək “çay” boyunca yerləşdirin. Müxtəlif oyuncaqları çayın aşağı hissəsinə düzün.
Addım 2.
Böyük miqdarda suyu qısa bir zamanda leysan yağışı kimi çayın içinə boşaldın.
Nəticə çıxarın:
Yaranan sel kağızdan hazırlanan evlərə, oyuncaqlara və torpaq qatına necə təsir etdi?
Sel və daşqın fəlakətinin mənfi təsirləri
Sel və daşqın ətraf mühitdə baş verən təbii bir prosesdir. Uzun zamandan bəri insanların sıx məskunlaşdığı ərazilər sel və daşqın sularının mənfi təsirlərinə, iqtisadi və sosial zərərlərə məruz qalır.