BÖLMƏ 9
Vulkan püskürməsi zamanı necə qorunmalıyıq?
Vulkan püskürmələrinin insanlara ciddi mənfi təsirləri ola bilər. Bu təsirlərdən qorunmaq üçün müəyyən tədbirlər həyata keçirməliyik. Məsələn, vulkan zonasından uzaqlaşmalı, açıq məkanlara çıxmamalı, qoruyucu eynək və maskalardan istifadə etməklə küllərin təsirindən qorunmalıyıq. Müvafiq dövlət qurumlarının icazə verəcəyi müddətə qədər qapalı məkanlarda qalmalıyıq.
Bilirsinizmi?
Vulkan külü püskürmə zamanı ətrafa yayılan toz, mineral və şüşə hissəciklərinin qarışığıdır. Bu hissəciklər çox kiçik olur. Onların diametri 2 mm-dən də azdır.
Biliklərin yoxlanılması
a) Püskürməsi ehtimal olunan vulkanlara sönmüş vulkan deyilir.
b) Vulkan püskürülən lava və kül nəticəsində formalaşan dağ və ya təpədir.
c) Qeyzer yerin daxili qatlarından yer səthinə fəvvarə şəkilli çıxan isti bulaqdır.
d) Püskürmə ehtimalı olmayan vulkanlara yatmış vulkanlar deyilir.