TƏBİİ FƏLAKƏTLƏR
Vulkan püskürmələrinin təsirləri nələrdir?
Mənfi təsirləri
Vulkan püskürmələri bir çox fəlakətlərə yol açır. Yaşayış yerləri və meşələr lavanın axması nəticəsində məhv olur və atmosferə külli miqdarda zəhərli qazlar daxil olur. Evlər, yollar, körpülər və nəqliyyat vasitələri vulkan püskürmələrindən sonra ciddi şəkildə zərər görür.
Müsbət təsirləri
Vulkanların püskürdüyü bəzi ərazilərdə fəvvarələr şəklində Yer səthinə çıxan qaynar su buxarından ibarət qeyzerlərə rast gəlinir. Qeyzerlər bəzi ölkələrdə yaşayış məntəqələri üçün enerji mənbəyi olaraq istifadə edilir.