TƏBİİ FƏLAKƏTLƏR
Fəaliyyət 2
Biz zəlzələnin gücünü necə ölçə bilərik?
Məqsəd.
Zəlzələnin gücünü ölçməyə kömək edən cihazın hazırlanması
Ləvazimatlar.
Karton qutu, kağız, ip, plastik stəkan, marker
Təlimatlar.
Addım 1.
Karton qutunun hər iki alt tərəfində kəsiklər açın və kağız zolağını bu kəsiklərdən keçirin.
Addım 2.
Qutunun üst hissəsində iki dəlik açın və iplərdən istifadə etməklə stəkanı qutuda asılı saxlayın. Stəkanın alt hissəsi ilə aşağıdakı kağız zolaq arasında məsafənin olmasından əmin olun.
Addım 3.
Stəkanın alt hissəsindən dəlik açın. Markeri həmin dəlikdən keçirməklə kağız zolağa toxundurun.
Addım 4.
Sinif yoldaşınızdan kağız zolağı yavaş-yavaş sağ tərəfə çəkməyi xahiş edin. Stəkanı çəkisi yüngül olan maddələrlə doldurun.
Nəticə çıxarın:
Siz seysmoqraf modeli hazırladınız!