BÖLMƏ 9
Zəlzələlərin gücü necə ölçülür?
Zəlzələlər Yer qabığında ani titrəyişlər yaratdığı üçün onu əvvəlcədən dəqiqliklə müəyyən etmək mümkün olmur. Lakin zəlzələlərin başvermə ehtimalı olan əraziləri əvvəlcədən müəyyənləşdirmək mümkündür. Zəlzələləri qeydə almaq üçün xüsusi cihazdan istifadə edilir.
Seysmoqramda qeydə alınmış xətti dalğaların hündürlüyü zəlzələnin şiddətini göstərir. Yer səthinin müxtəlif hissələrində hər gün çoxlu sayda zəlzələlər baş verir. Bəzi hallarda zəlzələlər elə zəif olur ki, onları ancaq xüsusi cihazlar vasitəsilə müəyyən etmək mümkündür. Çox güclü zəlzələlər şəhərlər və digər yaşayış məntəqələrində dağıntılara səbəb olur. Zəlzələnin gücünü təyin etmək üçün Rixter cədvəlindən və ya şkalasından istifadə edilir.
Hiss olunmur.
Titrəyiş
hiss olunur.
Pəncərələr
silkələnir, sınır.
Binalarda
çatlar əmələ
gəlir.
Binalar çökür,
torpaq sürüşməsi
baş verir.
Ölüm halları ilə
nəticələnən ciddi
dağıntılara səbəb
olur.
Bilirsinizmi?
Dünyada ən güclü zəlzələ 1960-cı ilin may ayında Çilidə baş verib və bu zəlzələnin gücü 9 bal olub. Valdiviya şəhərində dağıntıların baş verməsi ilə sakinlər zərər çəkmiş və şəhərə külli miqdarda ziyan dəymişdir.