BÖLMƏ 9
Hərəkətdə olan bəzi tavalar ya bir-biri ilə toqquşur, ya bir-birindən uzaqlaşır, ya da yanaşı sürüşür. Litosfer tavalarının üç fərqli hərəkəti mövcuddur.
Litosfer tavaların hərəkəti
Fəaliyyət 1
Litosfer tavaları hərəkət etdikdə nə baş verir?
Məqsəd.
Karton kağızı bir-birindən uzaqlaşdırmaq, bir-biri ilə toqquşdurmaq və bir-biri ilə yanaşı sürüşdürməklə nəyin baş verdiyini müşahidə etmək
Ləvazimat.
Karton kağız (qalın), qayçı, stol, plastilin və bir neçə oyuncaq
Təlimat.
Addım 1.
Kəsilmiş iki qalın karton kağız hissəsini stolun üzərində yerləşdirin. Plastilinlə hər iki karton kağızı birləşdirin. Oyuncaqları karton kağızın üzərinə düzün.
Addım 2.
Hazırlanmış karton kağızları bir-biri ilə toqquşdurun, bir-birindən uzaqlaşdırın və ya bir-biri ilə yanaşı sürüşdürün. Karton kağızın üzərində baş verən prosesi müşahidə edin.
Biliklərin yoxlanılması