TƏBİİ FƏLAKƏTLƏR
32
YERİN DAXİLİ TƏBƏQƏLƏRİ HANSILARDIR?
Yer kürəsinin daxili quruluşu müxtəlif təbəqələrdən təşkil olunmuşdur. Yerin 3 əsas daxili təbəqəsi mövcuddur: yer qabığı, mantiya və nüvə. Hər bir təbəqənin fərqli xüsusiyyətləri vardır. Məsələn: təbəqənin temperaturu, tərkibi, maddələrin axıcılığı və s. Yerin daxilinə doğru getdikcə bu təbəqələrin qalınlığı daha da artır.
Yer qabığı və mantiyanın üst hissəsi birləşərək litosfer tavalarını əmələ gətirmişdir. Bu litosfer tavalarının hər biri fərqli istiqamətlərdə hərəkət edir.
Litosfer tavaları