Leyla, dağın zirvəsindən
havaya
niyə tüstü qalxır?
Görəsən, dağda
yanğın baş verir?
Azər, bu adi yanğın
tüstüsünə oxşamır.
Dərsimiz vulkanlar
haqqındadır. Yəqin
dərsdə bu sualın da
cavabını öyrənəcəyik.
- Yerin daxili təbəqələrini sadalamağı;
- Zəlzələnin yaranması izah etməyi;
- Zəlzələnin ətraf mühitə mənfi təsirlərini sadalamağı;
- Vulkanın yaranmasını izah etməyi;
- Vulkanın fəallığına və tərkibinə görə növlərini müəyyənləşdirməyi;
- Vulkanın ətraf mühitə təsirlərini sadalamağı;
- Sel və quraqlığın yaranmasını izah etməyi;
- Sel və quraqlığın ətraf mühitə təsirlərini sadalamağı;
- Təbii fəlakətlər zamanı görülən təhlükəsizlik tədbirlərini sadalamağı.