İŞIQ VƏ GÖRMƏ
Göyqurşağı ağ işığın su damcılarına daxil olarkən tərkibindəki rənglərə ayrılması və bu rənglərin damcının daxilindən əks olunması nəticəsində meydana gəlir.
İşıq yayan cisimlər işıq mənbəyidir və biz onları birbaşa görürük.
Şəffaf cisim işığın tam keçməsinə imkan verir.
Yarım şəffaf cisim işığın bir hissəsinin keçməsinə imkan verir.
Qeyri-şəffaf cisim işığın keçməsinə imkan vermir və kölgə yaranmasına səbəb olur.
İşıq şüası düz xətt boyunca yayılır.
Biz işıq mənbəyi olmayan cisimləri işıq şüalarını əks etdirdikləri üçün görə bilirik.
Əksolunma işıq şüalarının cismin səthindən geri qayıtmasına deyilir.
İşıq fərqli mühitə keçərkən sürəti dəyişdiyi üçün istiqaməti də dəyişir. Buna işığın sınması deyilir. İşığın sınması nəticəsində cisimləri olduqlarından fərqli görürük.