İŞIQ VƏ GÖRMƏ
Göyqurşağının yaranma prosesi
Yağış damcıları sudan əmələ gələn kiçik prizma kimidir. Günəşdən gələn işıq şüası havadan su damcısına keçərkən sınır və ağ işıq tərkibindəki rənglərə ayrılır. Prizmadan fərqli olaraq işıq damcının daxili səthindən əks olunur. Əks olunan şüalar damcıdan havaya keçərkən bir daha sınır. Beləliklə, ağ işığın tərkibindəki rənglərə ayrılması nəticəsində göyqurşağı yaranır.
Bilirsinizmi?
İsaak Nyuton (1643-1727) tarixdəki ən böyük alimlərdən biridir. Onun işıq, hərəkət və qüvvə haqqında fikirləri fizika elminin inkişafına ciddi təkan vermişdir. O, ağ işığın fərqli rənglərdən ibarət olduğunu nümayiş etdirməklə yanaşı, güzgülərdən və işığın əks olunması qaydasından istifadə edərək reflektor düzəltmişdir.