İŞIQ VƏ GÖRMƏ
4.
Sxemlərdə güzgüyə düşən və ya güzgüdən qayıdan işıq şüaları göstərilib. Sxemləri dəftərinizə çəkib çatışmayan şüaları sxemə əlavə edin.
Əlavə etdiyiniz şüaların mənbədən gəldiyini və ya əks olunduğunu müəyyənləşdirin.
Bilirsinizmi?
Kainatda işıqdan daha sürətli heç nə yoxdur. İşıq havada bir saniyədə təqribən 300 000 kilometr yol qət edir. Bu, o deməkdir ki, bir saniyədə işıq Yer kürəsinin ətrafında yeddi dəfə tam dövr edə bilər.
Buna baxmayaraq, Günəşdən gələn işıq Yer kürəsinə təxminən səkkiz dəqiqəyə çatır. Bu məlumat Günəşin bizdən nə qədər uzaqda olduğunu göstərir.