İŞIQ VƏ GÖRMƏ
Fəaliyyət 5
Öz periskopunuzu düzəldin!
Məqsəd.
İşığın əks olunmasından gündəlik həyatda istifadə etmək
Ləvazimat.
Süd və ya meyvə şirəsi qutusu, kiçik ölçülü (təxminən 4 sm x 6 sm) iki ədəd güzgü, yapışqan lent, qayçı, transportir
Təlimat.
Addım 1.
Şəkildəki kimi qutunun əks üzlərində biri yuxarıda digəri isə aşağıda olmaqla bərabər ölçülü (4 sm x 4 sm) iki hissə kəsin (C və D).
Addım 2.
Qutunun yan tərəfini şəkildəki kimi kəsərək açın.
Addım 3.
Güzgüləri kəsilmiş hissələrin qarşısına 45 dərəcə bucaq altında yerləşdirib, yapışqan lentlə bərkidin (A və B).
Addım 4.
Qutunun aşağı hissəsindən baxaraq güzgüdə uzaqdakı bir cismin aydın görüntüsünü əldə etdiyinizdən əmin olun.
Addım 5.
Güzgüləri və qutunun yan tərəfini yapışqan lentlə bərkidin. Periskopunuz hazırdır!
Nəticə çıxarın:
İşığın hansı xüsusiyyətindən periskop düzəltməkdə istifadə etdiniz?
Nə üçün iki güzgüdən istifadə etdiniz?
Periskopdan keçərək gözümüzə düşən işıq şüası neçə dəfə əks olunur?