İŞIQ VƏ GÖRMƏ
Düşün, müzakirə et, paylaş
Avtomobil sürərkən həmişə yola diqqət etməliyik. Sizcə, avtomobil sürən ana arxa oturacaqdakı övladını başını arxaya çevirmədən necə görə bilər?
İşığın güzgü kimi hamar səthlərdən yaxşı əks olunduğunu öyrəndik. Bəs işıq istiqamətini necə dəyişir? Burada hər hansı bir qayda varmı? Gəlin, bunu növbəti fəaliyyəti yerinə yetirərək müəyyən etməyə çalışaq!
Fəaliyyət 4
İşıq istiqamətini necə dəyişir?
Məqsəd.
İşığın əksolunma istiqamətinin necə dəyişdiyinin araşdırılması.
Ləvazimat.
Fənər, güzgü.
Təlimat.
Addım 1.
Fənəri yandırın və güzgüyə tərəf tutun. Divara düşən işığa diqqət edin.
Addım 2.
Güzgünü tərpətmədən fənərin yerini sağa və sola dəyişdirin. Bu zaman işığın divardakı əksinin necə dəyişdiyini müşahidə edin.
Nəticə çıxarın:
İşığın güzgüdən əks olunması zamanı hansı qaydanı müşahidə etdiniz?