İŞIQ VƏ GÖRMƏ
İşığın səthlərdən əks olunduğunu öyrəndik. Sizcə, işıq hər səthdən eyni şəkildə əks olunurmu? Gəlin bunu növbəti fəaliyyətdə araşdıraq!
Fəaliyyət 2
Bütün səthlər işığı eyni şəkildə əks etdirirmi?
Məqsəd.
Fərqli səthlərin işığı nə qədər yaxşı əks etdirdiyini araşdırmaq
Ləvazimat.
İşıq mənbəyi, alüminium folqa, güzgü, hamar və əzilmiş kağız vərəqləri, ağ və qara rəngli kağız parçaları, taxta parçası, şüşə
Təlimat.
Addım 1.
Bir işıq mənbəyi seçin (fənər, Günəş və ya lampa).
Addım 2.
İstifadə edəcəyiniz cisimlərin səthinə baxın. Hansı səthin işığı daha yaxşı əks etdirəcəyini təxmin edin.
Addım 3.
Səthləri işıq şüasının qarşısına tutun.
Addım 4.
Səthləri işığı əksetdirmə dərəcəsinə görə azdan çoxa doğru sıralayın.
Nəticə çıxarın:
Müşahidəniz ikinci addımdakı təxmininizi təsdiq etdimi?
Bəzi səthlərin işığı yaxşı əks etdirmədiyini müşahidə etdiniz. Bunun səbəbi odur ki, həmin səthlər işığın böyük hissəsini udur, çox az hissəsini əks etdirir.
Biliklərin yoxlanılması