BÖLMƏ 8
İşıq hər cisimdən keçə bilərmi?
Gündəlik həyatda bəzi cisimlərin işığı keçirdiyini, bəzilərinin qismən keçirdiyini, digərlərinin isə keçirmədiyini müşahidə edirik. Biz cisimləri şəffaf, yarımşəffaf və qeyri-şəffaf kimi üç qrupa ayırırıq. Aşağıdakı boşluqlara uyğun gələn anlayışları müəyyən edə bilərsinizmi?
Bir cisim işığı keçirmirsə, ona qeyri-şəffaf cisim deyilir. Qeyri-şəffaf cisimlərin üzərinə işıq düşdükdə onların kölgəsi meydana gəlir.
Fəaliyyət 1
Maraqlı kölgələr
Məqsəd.
Kölgənin yaranmasını müşahidə etmək
Ləvazimat.
İşıq mənbəyi, divar səthi
Təlimat.
Addım 1.
Əlinizi işığa tutaraq divarda şəkildəki kölgələri əmələ gətirməyə çalışın.
Addım 2.
Bunlardan əlavə özünüz fərqli bir kölgə daha əmələ gətirin və sinifdə dostlarınızla paylaşın.
Nəticə çıxarın:
Əllərinizin və işığın hansı xüsusiyyəti kölgənin yaranmasına səbəb oldu?