BÖLMƏ 7
Qida zəncirində ikidən çox konsument ola bilər.
Heyvanları ovlayaraq onunla qidalanan heyvan yırtıcı adlanır. Ovlanan və yırtıcı tərəfindən yeyilən heyvana isə şikar deyilir. Bəzi heyvanlar həm yırtıcı, həm də şikar ola bilər. Məsələn, qurbağa çəyirtkə ilə qidalanır, həmçinin ilan tərəfindən yeyilir. Beləliklə, qurbağa həm yırtıcı, həm də şikar ola bilər.
Qida zəncirindəki ox müvafiq olaraq hansı canlının digər canlı ilə qidalandığını və enerji ötürülməsinin istiqamətini göstərir.
Beləliklə, qida zəncirində enerji ötürülməsi Günəşdən gələn işıq enerjisi ilə başlayır. Bitkilər üzərinə düşən Günəş enerjisindən istifadə edərək qidalar hazırlayır. Qidalanma zamanı enerji bitkidən çəyirtkəyə, çəyirtkədən qurbağaya və qurbağadan ilana bir istiqamət üzrə ötürülür.
Biliklərin yoxlanılması