QİDA ZƏNCİRİ
Hər hansı yaşayış mühitində canlılardan biri digərinin qidasını təşkil edir və nəticədə onlar bir-birindən asılı qida zənciri əmələ gətirirlər. Biz qida zəncirindən istifadə etməklə qida əlaqələrini və nəticədə qidada olan enerjinin bir orqanizmdən digərinə necə ötürüldüyünü göstərə bilərik.
Qida zənciri öz qidalarını hazırlaya bilən bitkilərlə - produsentlər ilə başlayır. Zəncirin ilkin halqasını həmişə produsentlər təşkil edir. Qida zəncirindəki heyvanlara qida istehlakçıları - konsumentlər deyilir, çünki onlar digər bitki və heyvanlarla qidalanırlar.
Konsumentləri qidalanmasına görə üç qrupa ayırmaq olar:
Bitkiyeyən heyvanlar
Ətyeyən heyvanlar
Konsumentlər
Həm bitki, həm də ətyeyən heyvanlar
Ayılar həm meyvə yeyir, həm də balıqlarla qidalanır.
Bilirsinizmi?
Bitki ilə qidalanan heyvanlara herbivorlar , ətyeyən heyvanlara karnivorlar , həm bitki, həm də ətyeyən heyvanlara isə omnivorlar deyilir.