BÖLMƏ 7
27
CANLILAR ARASINDA ENERJİNİN ÖTÜRÜLMƏSİ PROSESİ NECƏ BAŞ VERİR?
Bütün orqanizmlər digər orqanizmlər üçün qida rolunu oynayır. Nəticədə təbii şəraitdə qidalanma zamanı qida enerjisi başlanğıc mənbədən ardıcıl olaraq bir orqanizmdən digərinə ötürülür. Beləliklə, bir-biri ilə qarşılıqlı qida əlaqələri olan canlıların möhkəm zənciri əmələ gəlir.
Təbiətdə qida əlaqələrinə aid misalları hər yerdə görmək olar.
Fəaliyyət 2
Canlılar arasında enerji necə ötürülür?
Şəkildəki yaşayış mühitində canlılar təsvir edilmişdir.