1. Hansı sıra yalnız bərpa olunmayan enerji mənbələridir?
a) Su, külək, qaz
b) Kömür, neft, Günəş
c) Neft, qaz, kömür
d) Qaz, külək, neft
2. Bərpa olunmayan enerji mənbələrinin hansı iki mənfi cəhətini
qeyd edə bilərsiniz?
3. Nə üçün elektrik enerjisinə qənaət etmək ətraf mühitin qorunmasına
kömək edir?
4. Nə üçün Günəş bərpa olunan enerji mənbəyi adlanır?
5. Enerjiyə qənaət etməyin bizim üçün hansı faydaları var?
6. Enerjidən qənaətlə istifadə etməyin bir neçə üsulunu sadalayın.