ENERJİ VƏ FƏALİYYƏT
Su enerjisi
Yer səthindən müəyyən hündürlükdə olan su potensial enerjiyə malikdir. Su yuxarıdan aşağı axarkən onun potensial enerjisi kinetik enerjiyə çevrilir. Suyun kinetik enerjisindən su turbini vasitəsilə elektrik enerjisi əldə olunur. Bu proses zamanı su turbinin pərlərini fırladır və generator elektrik enerjisi istehsal edir.
Su elektrik stansiyasında baş verən enerji çevrilmələri:
Suyun kinetik enerjisi -> pərlərin kinetik enerjisi -> elektrik enerjisi (generator)
Düşün, müzakirə et, paylaş
Sizcə, hava şəraiti bərpa olunan enerji mənbələrindən istifadə olunmasına hansı çətinliklər yarada bilər?