BÖLMƏ 6
Külək enerjisi
Külək hərəkət edən hava kütləsi olduğuna görə o, kinetik enerjiyə malikdir. Küləyin enerjisini külək turbini vasitəsilə elektrik enerjisinə çevirmək mümkündür. Bu proses zamanı külək turbinin pərlərini fırladır və generator elektrik enerjisi istehsal edir.
Külək turbini işləyərkən baş verən enerji çevrilmələri:
Küləyin kinetik enerjisi -> pərlərin kinetik enerjisi -> elektrik enerjisi (generator)