ENERJİ VƏ FƏALİYYƏT
Bərpa olunan enerji mənbələri
Bərpa olunmayan enerji mənbələrindən fərqli olaraq Günəşin, küləyin və suyun enerjisi istifadə edildikdə tükənmir. Çünki təbiətdə həmişə külək əsir, Günəş çıxır və su dövr edir. Odur ki, belə mənbələr bərpa olunan enerji mənbələridir. Bu mənbələrin digər üstünlüyü isə onlardan istifadə edilərkən atmosferə zərərli qazların buraxılmamasıdır.
Günəş enerjisi
Biz Günəşin həm istilik, həm də işıq enerjisindən istifadə edirik. Günəşin işıq enerjisi günəş panelləri vasitəsilə elektrik enerjisinə çevrilir.