ENERJİ VƏ FƏALİYYƏT
Fənər yanarkən batareyasındakı kimyəvi enerji işıq enerjisinə çevrilir. Bu zaman fənərin lampası da bir qədər qızır. Deməli, batareyadakı enerjinin bir hissəsi həm də istilik enerjisinə çevrilir.
Fənər işləyərkən kimyəvi enerjini işıq və istilik enerjisinə çevirir.
kimyəvi enerji (batareya) → işıq enerjisi (işıq saçan lampa) + istilik enerjisi (isinmiş lampa)
Enerjinin mühüm bir xüsusiyyəti var. Enerjinin bir növü digər enerji növlərinə çevrilərkən onun çevrilmədən əvvəlki miqdarı çevrilmədən sonrakı miqdarına bərabər olur. Enerjinin bu xüsusiyyətinə enerjinin saxlanması qanunu deyilir. Fənəri müəyyən müddət işlədib söndürdükdən sonra batareyada qalan enerji ilə istilik və işıq enerjilərinin cəmi batareyanın əvvəlki enerjisinə bərabər olur.
Batareyanın əvvəlki enerjisi
İşiq
enerjisi
İstilik enerjisi
Batareyanın qalan enerjisi
Nigar sürüşərkən onun A nöqtəsində malik olduğu potensial enerji azalacaq, kinetik enerjisi isə artacaq. B nöqtəsinə çatan anda Nigarın malik olduğu kinetik enerji ilə A nöqtəsindəki potensial enerjisini müqayisə edə bilərsinizmi?
Bilirsinizmi?
Keçmişdə bəzi ixtiraçılar enerji ilə bir dəfə təmin olunduqdan sonra dayanmadan işləyən qurğu ixtira etməyə çalışırdılar. Onlar icad edəcəkləri bu qurğuya, hətta "daimi mühərrik adını vermişdilər. Enerjinin saxlanması qanunu kəşf edildikdən sonra "daimi mühərrik" yaratmağın mümkün olmayacağı məlum oldu.