BÖLMƏ 6
23
ENERJİNİN BİR NÖVÜ BAŞQA NÖVÜNƏ ÇEVRİLƏ BİLƏRMİ?
Fəaliyyət 1
Enerjinin bir növünün digər növünə çevrilməsi
Məqsəd.
Potensial enerjinin kinetik enerjiyə çevrilməsini müşahidə etmək
Ləvazimat.
Ştativ, ip, metal kürəcik
Təlimat.
Addım 1.
İpin bir ucuna metal kürəciyi bərkidin, digər ucunu isə ştativə bağlayın. Siz ipli rəqqas hazırladınız.
Addım 2.
Kürəciyi O nöqtəsindən A nöqtəsinə çəkib saxlayın və əlinizdən buraxın.
Addım 3.
Kürəcik A nöqtəsindən O nöqtəsinə hərəkət edərkən onun hündürlüyünün və sürətinin necə dəyişdiyini müşahidə edin.
Nəticə çıxarın:
Enerjinin müxtəlif növləri var. Artıq müşahidə etdiyiniz kimi, enerji bir növdən digər növlərə çevrilə bilər. Canlı və cansızların iştirak etdikləri bütün proseslərdə enerji çevrilmələri baş verir. Məsələn, bitkilər işıq enerjisini kimyəvi enerjiyə çevirərək yığır, heyvanlar isə bitkiləri yeyərək bu enerjidən istifadə edir.
At qaçarkən kimyəvi enerjini kinetik enerjiyə çevirir
işıq enerjisi (Günəş)
kimyəvi enerji (bitki)
kinetik enerji (qaçan at)