1. Zirvəyə qalxdıqdan sonra orada dayanıb bir müddət dincələn alpinist fərz edin.
a) Alpinist zirvəyə qalxmaq üçün ona lazım olan enerjini hansı mənbədən əldə etmişdir?
b) Alpinist zirvədəykən hansı növ enerjiyə malikdir?
c) Alpinist zirvədən aşağıya xizəklə sürüşərkən hansı enerji növlərinə malik olur?
2. Televizor işləyərkən enerjinin hansı növündən istifadə edir?
3. Qaz və kömür kimi yanacaq maddələri enerjinin hansı növünün mənbələridir?
4. Enerjinin hansı növü maddənin halının dəyişməsinə səbəb ola bilər?
5. Günəş Yer kürəsini hansı enerji növləri ilə təmin edir?
6. İstifadə etdiyimiz elektrik enerjisinin miqdarını hansı cihazla ölçürük?
7. Şəkildə istifadə etdiyimiz bəzi elektrik cihazları göstərilib.
a) Bu cihazların hər birinin hansı növ enerji ilə işlədiyini müəyyən edin.
b) Sərinkeşin pərlərinin yaratdığı küləkdə hansı növ enerji var?
c) Fenin yaratdığı isti küləkdə enerjinin hansı növləri var?
d) Ütüdə hansı enerji növlərini müəyyən edə bilərsiniz?
8. Bərabər sürətlə hərəkət edən qatarın, avtobusun
və minik avtomobilinin kinetik enerjilərini
müqayisə edin.